Ermənistan Rusiyanı terrorla hədələdi

Ermənistan Rusiyanı terrorla hədələdi
  22 Avqust 2013    Oxunub:1239
Rusiya rəsmi İrəvana qarşı sanksiya tətbiq edərsə, cavab zərbəsini öz daxilindən, elə Rusiya vətəndaşı olan ermənilərdən alacaq.
Bu ölkənin hakim partiyası olan Respublika partiyasının fraksiya başçısı Qalust Saakyan terror aktının Rusiyada yaşayan ermənilər tərəfindən həyata keçiriləcəyini deyib. O, bildirib ki, Avropa Birliyi ilə assosiasiya barədə sazişin Ermənistan tərəfindən parçalanmasından sonra Rusiya rəsmi İrəvana qarşı sanksiya tətbiq edərsə, cavab zərbəsini öz daxilindən, elə Rusiya vətəndaşı olan ermənilərdən alacaq.

Saakyanın sözlərinə görə, ruslar heç gözləmədikləri yerlərdə xoş olmayan sürprizlərlə qarşılaşacaqlar. Bundan başqa, Erməni polisi gecə saatlarında Rusiyanın İrəvandakı səfirliyinə aksiyaçıların hücum etməsinə dair məlumat yayıb. Lakin səfirlik belə bir hadisənin baş vermədiyini açıqlayıb. Rusiya mətbuatı ermənilərin bununla Rus səfirliyini mümkün terror ehtimalı hədələdiyini yazır.


Teqlər:





Xəbər lenti