İsgəndər Həmidov sərt reaksiya verdi

İsgəndər Həmidov sərt reaksiya verdi
  27 Fevral 2013    Oxunub:1845
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov “Yeni Müsavat” qəzetinə müsahibəsində qeyd edib ki, 1992-ci ilin may ayının 16-da bir qrup hərbi geyimdə olan şəxs onun qız nəvəsini oğurlamaq istəyiblər.
“1992-ci il, mayın 16-da kamuflyaj formada olan bir neçə nəfər mənim yenicə doğulmuş qız nəvəmi tapmağa cəhd göstərmiş və özlərinin dediyi kimi, onu Qarabağda həlak olanlara qurban vermək istəmişdilər”-deyə Mütəllibov bildirib.

Diqqət çəkən məqam odur ki, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bu sözləri jurnalistin “Maraqlıdır, sizin ürəyinizdə AXC-yə, cəbhə hakimiyyətinə qarşı keçmişdə olanlara kin-küdurət varmı, yoxsa onları unutmusunuz” sualını cavablandırarkən deyib.

Modern.az məsələyə münasibət öyrənmək üçün 1992-ci ildə AXC İdarə Heyətinin üzvü, keçmiş daxili işlər naziri İsgəndər Həmidovdan münasibət öyrənib. Ayaz Mütəllibovun ittihamına kəskin şəkildə etiraz edən eks-nazir vurğulayıb ki, AXC heç vaxt belə üsullara əl atmayıb.

“AXC tərəfindən belə bir addım heç vaxt atılmayıb. Mən dəqiq bilirəm ki, AXC belə bir iş görməyib. O vaxt AXC sədrinin müavinlərindən biri mən idim. Bütün döyüşçülər, hərbçi insanlar da mənim ətrafımda idi.Yüz faiz sizi əmin edirəm ki, AXC tərəfindən nə Ayaz Mütəllibovun ailəsinə, nə nəvəsinə və nə də digər yaxınlarına belə hücum, kin olub. Əksinə, hamıya o qarışıq vaxtda Mütəllibovun ailəsinin təhlüksəziliyinin qorunmasını tapşırmışdıq. Ailə-uşaq müqəddəsdir”- deyə İ.Həmidov vurğulayıb.




Teqlər:  





Xəbər lenti