Sarkisyan sabiq baş nazirin obyeklətini yoxlatdırır - (VİDEOXƏBƏR)

Sarkisyan sabiq baş nazirin obyeklətini yoxlatdırır - (VİDEOXƏBƏR)
  02 Fevral 2017    Oxunub:3016
Ermənistanın hakim dairələri sabiq baş nazir Ovik Abramyana məxsus obyektlərdə yoxlamaların başlanılması barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti məlumat yayıb.

“Ovik Abramyanın Respublikaçılar partiyasının sıralarından ayrılmasından sonra ona məxsus müəssisələrdə yoxlamaların aparılmasına dair qərar qəbul edilib. Çünki, hazırki baş nazir Karen Karapetyan və dövlət gəlirlərinin idarəolunması üzrə komitənin rəhbəri Vardan Arutyunyan Ovik Obramyanın gəlirlərini harada gizlətdiyini yaxşı bilir. Ona görə də sabiq baş nazirə məxsus qaz yanacaqdoldurma məntəqələrində yoxlamalar aparılır”.

Qeyd edək ki, 2015-ci ilin fevralında Ovik Abramyanın qudası Qaqik Çarukyan da Çiçəklənən Ermənistan partiyasının sıralarını tərk edərkən ona qarşı yoxlamalar başlanmışdı.



Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti