Rusiyadan Qarabağ açıqlaması: `Danışmağın mənası yoxdur`(VİDEOXƏBƏR)

Rusiyadan Qarabağ açıqlaması: `Danışmağın mənası yoxdur`(VİDEOXƏBƏR)
  03 Fevral 2017    Oxunub:17896
“Qarabağ münaqişəsinin həllinə dair ABŞ və Rusiya arasında rəsmi təmas yoxdur”.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib.

“Təhlükəszlik təhdidlərinin özünün qiymətləndirmək haqqı olan ABŞ-ın mövqeyini şərh etmədən demək istəyirəm ki, şübhəsiz münaqişə ilk olaraq həm Ermənistan, həm də Azərbaycanın təhlükəsizliyi, sabitliyi və gələcək inkişafı üçün birbaşa təhlükədir”, - deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Moskva və Vaşinqton arasında rəsmi əlaqələrin olmaması fonunda Qarabağ probleminin mümkün müzakirəsi barədə məsələni şərh etməyin mənası yoxdur: “Gəlin, bu əlaqələrin yaranmasını və tərəflərin hər hansı məsələlər üzrə fikir mübadiləsi aparmaq imkanının yaranmasını gözləyək”.



Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti