Lukaşenkonun Putinlə mübahisəsi: `Bu, Azərbaycan ola bilər`(VİDEOXƏBƏR)

Lukaşenkonun Putinlə mübahisəsi: `Bu, Azərbaycan ola bilər`(VİDEOXƏBƏR)
  03 Fevral 2017    Oxunub:12297
“Belarus üçün müstəqillik daha önəmlidir. Suverenlik bizim üçün hər şeydən vacibdir. Azərbaycandan neftlə bağlı müqaviləmiz olub, 84 min ton neft almışıq. Hətta bizə endirim də elədilər və onu Ukrayna vasitəsi ilə dəmir yolu ilə gətirdik”.

AzVision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün keçirdiyi mətbuat konfransında deyib. Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə söhbətini yada salıb:

“Rusiya ilə Belarus arasında konflikt yaranan zaman biz Putinlə dostcasına bu məsələni müzakirə etdik. Biz neft tapacağıq, neft kifayət qədərdir. Mən ona dedim ki, bilirsən, bu, Azərbaycan, İran və Venesuela nefti də ola bilər. Azərbaycandan neftlə bağlı müqaviləmiz olub. Hətta bizə endirim də elədilər. İndiki vəziyyətdə hamı bazarda mübarizə aparır.

Putinə bildirdim ki, sən Avropadakı bazarını itirəcəksən. Mən Venesueladan neft ala, onu Mozırda (neft emalı zavodunda) emal edə və sənin bazarında sata bilərəm. O isə mənə deyirdi ki, sən bunu etməzsən. Niyə? Çünki bu baha başa gəlir və Rusiya neftini əvəzləyəcək başqa biri yoxdur",. Mənsə deyirəm ki, bizim tarixi münasibətlərimiz neftdən daha bahadır.

İndi Rusiyada narahatlıq var ki, Belarus gedəcək, biz daha çox şey itirə bilərik, Putinə də bildirmişəm ki, bu yolla gedə bilmərik, biz belə davam etməməliyik, bu, bəzi yollarda ayrılmalara səbəb olacaq və artıq olur da”.



Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti