Suriyada kimyəvi silah təcili tədbir tələb edir

Suriyada kimyəvi silah təcili tədbir tələb edir
  23 Avqust 2013    Oxunub:1253
Böyük Britaniya, Fransa və Türkiyə Suriyada kimyəvi silah hücumuna qarşı sərt tədbirlər görülməsini tələb edir.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, avqustun 21-də kimyəvi silah nəticəsində yüzlərlə suriyalı öldürülüb. Böyük Britaniya BMT-nin kimyəvi silah üzrə təhqiqatçılarını Suriyaya daxil olmaq üçün qrant vermələrini tezləşdirməyi tələb edir.

Fransanın xarici işlər naziri Loren Fabius bildirib ki, əgər suriyalılara qarşı kimyəvi silahdan istifadə olunması sübut olunarsa, onda buna güc tətbiq etmək lazım gələcək.

BMT-nin kimyəvi silah üzrə ekspertlərinin Suriyaya buraxılacağı gözlənilmir. Ekspertlərə yalnız ölkədəki üç ərazidə araşdırma aparılmasına icazə verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti