`Qarabağ` bu dəfə bacarmadı

  22 Avqust 2013    Oxunub : 456
`Qarabağ` bu dəfə bacarmadı
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilir.
Azərbaycanın bu mərhələdə yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu Tofiq Bəhrəmov adına Respublika stadionunda Almaniyanın Frankfurt şəhərini təmsil edən “Ayntraxtı” qəbul edib.

“Qarabağa” böyük ümidlər bəslənilsə də oyun ağdamlılar üçün uğursuz başlayıb. 6-cı dəqiqədə qapı qarşısına edilən ötürməni Aleksandr Mayer qapıya qovuşdurdu. Birinci taym elə bu hesabla başa çatıb.

İkinci hissə də birinci tayma oxşar keçdi. “Qarabağ” nə qədər çalışsa da, Qurban Qurbanovun yetirmələri istəklərinə nail ola bilməyiblər, əvəzində öz qapısında ikinci qolu gördülər. Yenə də Aleksandr Mayer fərglənib. Oyun 2-0 hesabı ilə almanların xeyrinə başa çatıb.

Bir həftədən sonra Frankfurtda keçiriləcək oyunda ağdamlıları ən azı 3 qol vurmaq kimi çətin tapşırıq gözləyir. “Qarabağ” bunu bacarsa UEFA Avropa Liqasının qrup mərhələsinə addımlayacaq.

AzVision.az

Teqlər: