Şəhid Çingiz Qurbanovla vida mərasimi - FOTOLAR (VİDEO)

Şəhid Çingiz Qurbanovla vida mərasimi - FOTOLAR (VİDEO)
  06 Fevral 2017    Oxunub:60066
Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasimində yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, millət vəkilləri iştirak ediblər.

Şəhidlə vida mərasiminə müdafiə naziri Zakir Həsənov, müdafiə nazirinin müavini Nəcməddin Sadıkov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, hərbi prokuror Xanlar Vəliyev və digər yüksək vəzifəli dövlət rəsmiləri də qatılıb.

Vida mərasimi başa çatandan sonra şəhidin nəşi dəfn olunması üçün doğulduğu Qusar rayonuna yola salınıb.



Qeyd edək ki, Ç. Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilib.



















































































Hafiz Əhmədov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti