Hərbi İdman sahəsində əməkdaşlıq genişləndirilir

Hərbi İdman sahəsində əməkdaşlıq genişləndirilir
  27 Fevral 2013    Oxunub:1412
Prezident İlham Əliyev Beynəlxalq Hərbi İdman Şurasının, həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malboumu qəbul edib.
Hamad Kalkaba Malboum Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Beynəlxalq Hərbi İdman Şurasının Bakıda keçiriləcək çempionatının əhəmiyyətini qeyd edən Hamad Kalkaba Malboum yarışlarda 16 ölkənin milli hərbi komandasının və 100-ə yaxın nümayəndənin iştirak edəcəyini vurğulayıb. O, 2019-cu ildə hərbçilər arasında növbəti yay oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Hərbi İdman Şurasının təklifini dövlət başçısına çatdırıb.

Dövlət başçısı Bakıda keçiriləcək çempionatın yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının keçirilməsi üçün müasir idman infrastrukturunun yaradılması istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini deyib.

Görüşdə Beynəlxalq Hərbi İdman Şurası ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Teqlər:





Xəbər lenti