Soydaşlarımız təxribata çəkilir

Soydaşlarımız təxribata çəkilir
  01 Fevral 2013    Oxunub:1046
Son zamanlar miqrasiya sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı qəsdən müxtəlif məzmunlu şayiələr yayılaraq, Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında əsassız narazılıq yaratmaq cəhdləri müşahidə olunur.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstanda yaşayan azərbaycanlıların ölkəmizə gediş-gəlişi zamanı çətinliklərlə üzləşmələri, həmin şəxslərin Azərbaycanda müəyyən olunmuş müddətdən artıq qalmalarına görə iri məbləğdə cərimələnmələri bildirilir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bir daha xatırladır ki, Gürcüstanla Azərbaycan arasında vizasız gediş-gəliş qaydası tətbiq olunduğu üçün həmin ölkənin vətəndaşları Azərbaycan Respublikasında 90 günədək qala bilərlər.
Eyni zamanda miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 980 nəfər Gürcüstan vətəndaşı cərimələrdən azad edilib.
Dövlət Miqrasiya Xidməti bildirir ki, həqiqətə uyğun olmayan məlumatların yayılması provokasiya xarakteri daşıyır və ictimai-siyasi vəziyyətin gərginləşdirilməsinə yönəlib.


Teqlər:  





Xəbər lenti