İlham Əliyevə dəstək - MÜRACİƏT

İlham Əliyevə dəstək - MÜRACİƏT
  23 Avqust 2013    Oxunub:1149
Qafqaz Xalqları Ali Dini Şurasının Qroznı toplantısında Azərbaycan xalqına müraciət qəbul olunub.
QMİ-nin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, müraciətdə şura üzvləri Azərbaycan xalqını prezident İlham Əliyevə səs verməyə çağırıblar:

“Biz, Qafqazın Ali Dini Şurasının üzvləriölkə həyatında önəmli hadisə –prezident seçkiləri ərəfəsində bütün dindarlara və bütün Azərbaycan xalqına müraciət edirik. Azərbaycan xalqının siyasi, iqtisadi, sosial sahələrdə uğurlarını müşahidə edərək, biz böyük sevinclə qardaş xalqın mənəvi həyatında baş verən bu dəyişiklikləri qeyd edirik. Bu gün Azərbaycan öz xalqının nəinki mənəvi rifahını, həm də mənəvi və dini irsinin dirçəlişini yüksəldir.

Xüsusi diqqətçəkən məqam isə odur ki, bütün bunların təşəbbüskarı kimi dövlət başçısı özü çıxış edir. Azərbaycan prezidenti İlham Əliyev cənabları dərin hörmətlə İslam ənənələrini dəstəkləyir, aktiv şəkildə multikulturalizm ideyalarını dəstəkləyir, islamfobiyanın yaramasına qarşı çıxır.

Qafqazın dini liderlərinə dərin hörmət hissi özünün onda nümayiş etdirir ki, biz hər dəfə regionun tarixi-dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinə səfər edəndə, bizi şəxsən prezident İlham Əliyev qarşılayır və bizə böyük diqqət ayırır.

Bununla əlaqədar olaraq biz Azərbaycan xalqına müraciət edərək onları vahid, düzgün seçim etməyə, İlham Əliyevi qarşıdan gələn prezident seçkilərində dəstəkləməyə çağırırıq".


Teqlər:  





Xəbər lenti