`Cəmil Həsənli Həzrəti İsa deyil ki, Milli Şura üçün möcüzə yaratsın`

`Cəmil Həsənli Həzrəti İsa deyil ki, Milli Şura üçün möcüzə yaratsın`
  24 Avqust 2013    Oxunub:1226
“Cəmil Həsənli Milli Şuraya, müxalifətə uğur qazandıra bilməyəcək. O, Həzrəti İsa deyil ki, Milli Şura üçün, müxalifət üçün möcüzə yaratsın, uğur qazandırsın”.
Bu fkirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı Cəmil Həsənlinin Milli Şuranın vahid namizədi seçilməsi barədə danışarkən deyib. YAP rəsmisi hesab edir ki, Milli Şura seçkidə biabırçı səs toplaya bilər: “Ola bilsin, Cəmil Həsənli seçkilərdə arxasında duran Milli Şuranın nüfuzunun itməsi səbəbindən elə biabırçı səs toplasın ki, bunu bu gün heç özü də təsəvvür edə bilmir. Milli Şuranın namizədi kimi iştirakı zamanı ona nə yazdığı kitablar, nə də digər amillər gömək edəcək”.

M.Qurbanlı deyib ki, Cəmil Həsənli müxalifətə yeni heç nə verməyəcək: “Cəmil Həsənli seçkilərdə iştirak etdiyi halda da, bizim namizədimiz, xalqın namizədi İlham Əliyevin yox, yerdə qalan namizədlərin rəqibi ola bilər. Bilmək olmaz, bəlkə Rüstəm İbrahimbəyov pasport məsələsini həll edəcək. İstənilən halda onun əvəzinə Cəmil Həsənli də olsa, ancaq o biri namizədlərlə seçkidə yarışa bilər, xalqın namizədi İlham Əliyevlə yarışmağa onun gücü yoxdur”.

Fatimə KƏRİMLİ



Teqlər:  





Xəbər lenti