“The Guardian” Snoudenin materiallarından imtina etdi

“The Guardian” Snoudenin materiallarından imtina etdi
  24 Avqust 2013    Oxunub:1334
Böyük Britaniyanın baş naziri Devid Kemeron “The Guardian” qəzetindən Snoudenin verdiyi informasiyanın məhv edilməsini tələb etdikdən sonra qəzet həmin informasiyadan imtina edib.
AzVision.az xəbər verir ki, qəzetin baş redaktoru Alan Rasbricer bu sənədlərin çap olunmasına məhdudiyyətlər qoymağa razılaşıb.

Daha əvvəl Alan Rasbricer redaksiyaya xüsusi xidmət orqanlarının əməkdaşlarının gəldiyini bildirmişdi. Xüsusi xidmət orqanının əməkdaşları ABŞ-ın keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Edvard Snoudenin ötürdüyü bütün materialların məhv edilməsini tələb etmişdilər.

Bundan başqa, Londonun Hitrou aeroportunda Britaniya xüsusi xidmət orqanları “The Guardian”ın jurnalisti Devid Mirandanı saxlamış və onu 9 saat sorğu-sual etmişdilər. Ehtimala görə, Edvard Snouden informasiyanı onun vasitəsilə qəzetə verirmiş.

AzVision.az


Teqlər:





Xəbər lenti