Aureliya Qriqoriu Azərbaycana gələcək
“Qafqazinfo” xəbər verir ki, əməkdaşlığın praktik olaraq rəsmiləşdirilməsi üçün ATXƏM sədri İlham İsmayılov Moldova Ombudsmanının Azərbaycana gəlməsi üçün rəsmi dəvət məktubu göndərib. Dəvət məktubunu məmnuniyyətlə qəbul edən xanım Aureliya yaxın vaxtlarda Azərbaycana gəlmək istədiyini bildirib.
Qeyd edək ki, hazırda ATXƏM tərəfindən Moldova Ombudsmanın sentyabr ayının sonuna planlaşdırılan səfərinin proqram və gündəliyi hazırlanır. Xanım Aureliyanın səfəri zamanı onun rəsmi qurumlar, qaçqın və məcburi köçkünlər, Xocalı soyqırımının canlı şahidləri, eləcədə QHT və media nümayəndələrilə görüşləri nəzərdə tutulur.