Maraqlıdır ki, agentliyin müxbiri İbrahimov məsələsini şərh edən EL nümayəndəsinin adını dəqiqləşdirməyib. Adı bilinməyən həmin bu EL təmsilçisi bildirib ki, Əflan İbrahimov EL Hərəkatına, sonra isə Milli Şuraya üzv olmaq istəyib, amma rədd cavabı alıb.
Virtualaz.org-un müxbiri EL-in bu anonim bəyanatı ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Ə.İbrahimovla əlaqə saxlayıb. O isə redaksiyamıza Eldar Namazovun, Zəfər Quliyevin və EL Hərəkatının digər üzvlərinin, həmçinin müxalifətçilərin imzaladığı sənədi təqdim edib. Həmin zəmanət kağızında Ə.İbrahimovun Milli Şuraya üzv qəbul edilməsi xahiş olunur.
Yəni Ə.İbrahimov E.Namazovun yalanını sənəd-sübutla ifşa etdi. İndi necə olacaq? Namazov və başının dəstəsi öz doğmaca imzalarından da imtina edəcəklərmi?