Kerri Lavrova söz verdi

Kerri Lavrova söz verdi
  27 Fevral 2013    Oxunub:1807
Tərəflər Amerika ailələrində yaşayan rus kimsəsiz uşaqların vəziyyətini müzakirə ediblər.
Almaniyada səfərdə olan Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Berlində rus həmkarı Sergey Lavrovla bir araya gəlib.

Görüşün əsas müvzusu İran və Əfqanıstandakı vəziyyət, Koreya böhranı və "ərəb baharı" olub. Suriya münaqişəsiylə bağlı tərəflər belə qənaətə gəlib ki, ölkədə vətəndaş qarşıdurmasına son qoymaq üçün hökumətlə müxalifət təcili dialoqa başlamalıdır. Görüş neytral ərazidə keçirilib və 2 saata qədər davam edib.

Danışıqlardan sonra Lavrov bilidirib ki, tərəflər Rusiya-Amerika münasibətlərinin demək olar ki, bütün aspektlərini müzakirə edib. Bunlardan biri Amerika ailələrində yaşayan rus kimsəsiz uşaqların vəziyyəti olub. "Kerri etiraf edib ki, bu problemlər süni şəkildə qabardılmayıb. O əmin edib ki, bu sahədə problemlərin aradan qaldırılması üçün əlindən gələni edəcək"


Teqlər:  





Xəbər lenti