`Vay Cəmil Həsənlini lider görənlərin halına`

`Vay Cəmil Həsənlini lider görənlərin halına`
  24 Avqust 2013    Oxunub:996
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev professor, tarixçi alim Cəmil Həsənlinin Milli Şuranın yeni vahid ehtiyat namizədi seçilməsinə etiraz edib. Eks -spiker buna görə Milli Şuranın üzvülərinə öz iradlarını çatdırıb:
`Cəmil müəllim barədə yazdıqlarınız onun xarizmatik liderliyinə dəlalət etdiyini düşünürsə vay Azərbaycan xalqının halına. Heç bir uğur olmayan yerdə 15 il müavin işləyən adam prezidentlik iddiasına düşə bilməz. Parlamentdə 2 dəfə seçilməsi mənim dediyim kimi onun hansı səviyyədə müxalifət olduğunun göstəricisidir. Sovet televiziyasından isə danışmağa dəyməz. Mənim şəxsən Cəmil müəllimə hörmətim var, siz isə onun xətirini isləmirsiniz. Mən ona hörmət etdiyim üçün istəmirəm kiminsə tamaşasında komik və epizodik rol oynasın. Bəs siz nə istəyirsiniz,demək istəyirsinizki o prezidentliyə ideal namizəddir. Bizim düşünmə masştablarımız və reallığa qiymət vermək imkanlarımız çox fərqlidir sizə Cəmil müəllimin təbliğat işini təşkil edib prezident seçkilərini udmaqda uğurlar arzulayıram.`

AzVision.az


Teqlər:  





Xəbər lenti