Obama iyunda bombalayacaq

Obama iyunda bombalayacaq
  27 Fevral 2013    Oxunub:1565
İsrailin “Channel 10” xəbər kanalı Amerika prezidenti Barak Obamanın nüvə proqramından imtina etməyən Tehranı cari ilin iyun ayında bombalayacağını iddia edib
Kanalın yaydığı məlumata görə, gələn ay Təl-Əvivə səfər edəcək Obama, İsrail prezidenti Benyamin Netanyahu ilə “İrana qarşı aparılacaq hərbi əməliyyatları” müzakirə edəcək.

“ Channel 10” ikinci dəfə prezident seçilən Barak Obamanın ilk rəsmi səfər edəcəyi ölkə olan İsrailə İrana qarşı hərbi əməliyyarlar üçün dəstək axtarmaq məqsədilə gəldiyini vurğulayıb.

Xatırladaq ki, Obama, ötən ilin sonlarında verdiyi açıqlamasında “Baş nazir Netanyahu ilə bu mövzuları həmişə müzakirə edirik. Netanyahunun İranın nüvə silahına sahib olmasından duyduğu narahatlığı yaxşı anlayıram. Çünki bu vəziyyət bizim üçün də təhlükəlidir. İran digər ölkələr üçün də pis nümunə olacaq” deyib.



Teqlər:





Xəbər lenti