Gəncədə velosiped yolu salınır

Gəncədə velosiped yolu salınır
  24 Avqust 2013    Oxunub:1485
Gəncə «Avropa Gənclər Paytaxtı» adını almaq üçün hazırlıqlara başlayıb.
Sentyabr ayından etibarən Azərbaycanın Gəncə şəhərində velosiped layihəsinə start veriləcək. Bu məqsədlə artıq şəhərdə velosiped yolu salınır. Uzunluğu 7 min metr olacaq velosiped yolu ümumi sahəsi 360 hektar olacaq istirahət parkında salınacaq. Ərazidə velosiped yolu ilə yanaşı süni göl, 4 500 nəfərlik amfiteatr və Gənclər Mərkəzi də inşa olunur.

Velosiped yolunda ilkin olaraq 5 dayanacaq tikiləcək və hər dayanacaqda 10 velosiped olacaq: «Velosipedləri xüsusi təşkil edilmiş abunə kartları və plastik bank kartları ilə kirayəyə götürmək mümkün olacaq. Plastik kartların tətbiq olunması Gəncəyə gələn turistlərin də bu xidmətdən istifadə etməsinə imkan verəcək».

Bu layihə Gəncə şəhər İcra Hakimiyyətinin vəsaiti hesabına həyata keçirilir.

Tikinti işlərinin sentyabrın əvvəlində yekunlaşması nəzərdə tutulub. Bundan sonra isə Gəncə şəhərinin mərkəzi meydanında və Gəncə Dövlət Universitetinin qarşısında da velosiped dayanacaqları yaradılacaq.

Bununla da, Gəncə «Avropa Gənclər Paytaxtı» adını almaq üçün hazırlıqlara başlayıb.


Teqlər:





Xəbər lenti