24 il ürəyi qarnında yaşadı - FOTO

24 il ürəyi qarnında yaşadı - FOTO
  25 Avqust 2013    Oxunub:2114
Ürəyi qarnında doğulan 24 yaşlı Çin sakini Xuanq Ronqminq ağır əməliyyat keçirib. Neyrocərrahlar gənc oğlanın ürəyini döş qəfəsinə yerləşdiriblər. Əməliyyat təxminən 11 saat davam edib və uğurla nəticələnib.
AzVision.az Daily Mail-ə istinadən xəbər verir ki, Xuanq Ronqminq doğulanda həkimlər onun yaşayacağına ümid etməyiblər. Ürək qarın boşluğundan elə qabarıq çıxırmış ki, istənilər zərbə öülmlə nəticələnə bilərmiş. Bütün uşaqlığı boyunca valideynləri Xuanqa yaşıdları ilə oynamağı qadağan edib.

24 yaşlı Xuanq vəziyyətinin ağırlaşdığını gördükdən sonra həkimlərə müraciət edib. Həkimlər də ilk dəfə Ronqminqi görəndə onun bu vəziyyətdə 24 il yaşamasına təəccübləndiklərini deyiblər. Əməliyyat üçün lazım olan 30 min dollar isə KİV-nin köməyi ilə yığılıb.



Teqlər:  





Xəbər lenti