AZAL şəhidin qohumlarına görə təyyarəni dəyişdi
O, qeyd edib ki, bəzi KİV yazır ki, guya şəhidimizin nəşi yola salınarkən cəmi beş qohuma bilet verilib, bilet olmadığı üçün digər qohumlar onları müşayiət edə bilməyiblər. Bu, kökündən yanlış xəbərdir. Belə ki, yazılanların əksinə olaraq AZAL daha böyük, yəni “Aerobus A-320” tipli təyyarə ayırıb. Bu addım mövcud şərait nəzərə alınaraq atılıb. Hətta şəhidimizin qohumları bu jestə görə AZAL-a təşəkkürünü də bildiriblər. Başqa sözlə, yazılanlar nəinki əsassızdır, hətta haqsızdır.
P. Kəsəmənski qeyd edib ki, Naxçıvanda müşahidə olunan qatı duman səbəbindən aviareys bir qədər yubanma ilə yerinə yetirilib.
AzVision.az
Teqlər: #AZAL #Şəhid #Naxçıvan