Amerikayla Fransa kimyəvi silaha qarşı birləşir

Amerikayla Fransa kimyəvi silaha qarşı birləşir
  26 Avqust 2013    Oxunub:1319
ABŞ prezidenti Barak Obama ilə Fransa prezidenti Fransua Olland Suriya mövzusunu yenidən müzakirə ediblər.
AzVision.az `Anadolu` agentliyinə istinadən xəbər verir ki, Şam şəhərində kimyəvi silahdan istifadə olunmasına dair beynəlxalq aləmi narahat edən məsələ, hər iki prezidentin diqqət mərkəzində olub.

Obama və Hollande telefon danışığı zamanı, Suriyadakı bu vəziyyətdən dolayı məyus olduqlarını dilə gətirib. Suriyadakı zorakılığa son qoyulması üçün, hər iki tərəfin üzərinə düşən vəzifəni yerinə yetirməsinin vacibliyi vurğulanıb. Tərəflər yaxın zamanda bir araya gəlib ortaq qərarların qəbul edilməsinin əhəmiyyətindən danışıb.

Mirvari



Teqlər:





Xəbər lenti