`Cəmil Həsənli Milli Şuranın Yusif Sərracıdır`
“Onların iki namizədi var – İbrahimbəyov və Cəmil Həsənli. Amma hələ də müəyyənləşdirmiyiblər ki, hansının üstündə daha çox dururlar. İbrahimbəyovun bu və ya digər şəkildə problemləri var. Dəfələrlə söz verməsinə baxmayaraq son anda məlum oldu ki, o, ümumiyətlə seçki prossesi ilə məşğul olmur. Sadəcə Azərbaycan müxalifəti üzərində növbəti ssenarisini yazır.
Digər tərəfdən, müxalifət Cəmil Həsənlinin namizədliyini irəli sürməklə Milli Şura adını qoruyub saxlamağa çalışır. Ordakı partiya rəhbərləri yaxşı bilir ki, seçkidə iştirak etsələr biabırçı məğlubiyyətlə üzləşəcəklər. Axundovun “Aldanmış kəvakib” əsərində bir Yusif Sərrac obrazı var. Cəmil Həsənli də Rüstəmin ssenarisində həmin obrazı həyata keçirir”.
Teqlər: