Sabiq prezidentlər Bakıya gələcək

Sabiq prezidentlər Bakıya gələcək
  26 Avqust 2013    Oxunub:902
Bu il mayın 5-8-də Bakıda keçirilən 1-ci Cənubi Qafqaz Forumunun nəticəsi olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sentyabrın 4-6-da Bakıda Yüksək Səviyyədə Toplantı keçiriləcək.

Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, toplantının yekunu olaraq BMT baş katibi Pan Gi Mun və Baş Assambleyaya müraciət olunacaq.

Yüksək Səviyyədə Toplantıda Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Finlandiyanın sabiq prezidenti Tarja Halonen, Boliviyanın sabiq prezidenti Jorge Quiroga, Mavrikiyin keçmiş prezidenti Kassam Uteem, Şri Lankanın ilk qadin prezidenti Chandrika K. Bandaranaike, Hollandiyanın sabiq baş naziri Wim Kok, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, YUNESKO Hökumətlərarası Media Komissiyasının sədri, səfir Walter Fust, İsgəndəriyyə Kitabxanasının direktoru, BMT Baş Katibinin Sivilizasiyalar Alyansı üzrə Ali Qrup üzvü Dr. İsmayıl Seragəldin, Dünya Elmlər Akademiyasının prezidenti İvo Slaus və bir çox nüfuzlu şəxslər iştirak edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti