Ermənilər Şuşada bazar açıb - VİDEO

  26 Avqust 2013    Oxunub : 1168
Ermənilər Şuşada bazar açıb - VİDEO
Ermənilər Şuşada yeni kənd təsərrüfatı malları bazarı açıb.
Əfsus ki, Şuşada ermənilərin gördüyü işlər barədə sizə xəbər veririk. Belə ki, avqustun 24-də ermənilər Şuşada özləri üçün yeni bazar açıblar. Qondarma Qarabağ Respublikasının prezidenti Bako Saakyan da açılış mərasimində iştirak edib. Şuşamızın məhsuldar torpaqlarında becərilən nemətləri tərifləyə-tərifləyə gedib çıxıb elə Şuşadakı xalça muzeyinə.

Burada da oğurladıqları Azərbaycan xalçalarını erməni mədəniyyətinin inciləri kimi təqdi edən Saakyan, muzeyin tirizm sahəsində Ermənistana uğur gətirəcəyini bildirib.
Səfər zamanı Saakyanı tanınmamış qarabağın vitse prezidenti Artur Aqabekyan və digərləri müşaiyət edib.


Səbinə
AzVision.az

Teqlər: