Səlim Müslümova stajla bağlı müraciət

Səlim Müslümova stajla bağlı müraciət
  27 Avqust 2013    Oxunub:1099
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu gün Fondun Oğuz rayon şöbəsinin inzibati binasında Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.
DSMF-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə 20-yə yaxın vətəndaşın müraciətlərinə baxılıb.

Məlumata görə, qəbula gələn vətəndaşlar əsasən pensiyaların hesablanmasının bir sıra hüquqi aspektləri güzəştli sərtlərlə əmək pensiyasının təyin edilməsi və stajla bağlı digər məsələlərə görə müraciət ediblər.

«Müraciətlərin ikisi məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Bütün müraciətlərə operativ qaydada baxılaraq həll edilib və müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə, Fondun digər vəzifəli şəxslərinə göstərişlər verilib. Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib.

Bu tipli müraciətlərlə görüşə gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara ünvanlanacağı nəzərə çatdırılıb», - deyə Fondun məlumatında qeyd edilib.


Teqlər:





Xəbər lenti