Gənclər turizmlə bağlı maarifləndirilib

Gənclər turizmlə bağlı maarifləndirilib
  07 Mart 2017    Oxunub:1266
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Avropanın Gənc Azərbaycanlı Dostları” İctimai Birliyi (AYAFE) Gəncə və Şəki şəhərlərində “Alternativ turizm sahəsində gənclərin potensialının gücləndirilməsi” adlı layihəyə yekun vurub.

Dekabr,2016 – yanvar,2017-ci il tarixləri arasında icra olunan layihə çərçivəsində gənclərə alternativ turizm və turizm bələdçiliyi sahəsində seminar və təlimlər keçirilşb maarifləndirmə tədbirləri təşkil olunub. Bu layihə sayəsində əldə etdikləri bilik və bacarıqlar gənclərə gələcəkdə asudə vaxtlarını səmərəli təşkil etmək və öz məşğulluqlarını təmin etmək imkanı verəcək.

Layihə çərçivəsində gənclərə mövzularla bağlı məlumat və təlim materialları təqdim edilib. Həmçinin müvafiq tapşırıqlar əsasında iştirakçılar arasında işçi qrupları yaradılaraq onlara öz bacarıqlarını nümayiş etdirmələri üçün şərait yaradılıb. Layihənin davamlılığını nəzərə alaraq təlimlərdə iştirak edən gənclərin alternativ turizmlə bağlı gələcək planları və təklifləri AYAFE tərəfindən qəbul ediləcək və gənclərə bu istiqamətdə müəyyən dəstək veriləcək.

Təlimlər könüllük proqramları və beynəlxalq düşərgələr, kənd turizmi, idman turizmi, aqroturizm, etnoqarfiya, ənənəvi turzim sahələri, təşkilatçılıq, idarəetmə, xidmətin təşkili, turist cəlb etmə, marketinq və satış, qanunvericilik və dövlət orqanları ilə iş (yerli turizm, gənclər, məşğulluq və s. idarələri) kimi sahələri əhatə edib. Təlimlərdə iştirak edən gənclərə müvafiq sertifikatlar təqdim edilib.


Teqlər: #QHT   #Gənclər   #AYAFE  





Xəbər lenti