Qızıl Xaç Ermənistandakı əsirimizə baş çəkib

Qızıl Xaç Ermənistandakı əsirimizə baş çəkib
  26 Avqust 2013    Oxunub:1074
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun erməni əsirliyində olan əsgəri Firuz Fərəcova nə baş çəkiblər.

Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Onun sözlərinə görə, başçəkmə avqustun 23-də olub. Əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu 2012-ci ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb. (apa)


Teqlər:





Xəbər lenti