"Qadınların işləməsi 2 trilyon dollar gəlir deməkdir"

"Qadınların işləməsi 2 trilyon dollar gəlir deməkdir"
  07 Mart 2017    Oxunub:1248
“Qadınların kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin əsas prioritelərindədir”.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan qadını sosial aktivliyini, ənənəviliyi özündə birləşdirir: “Qadınlar bütün peşə sahələrində mühüm rol oynamaqla ölkəmizə öz töhfələrini verirlər. Azərbaycan qadını ənənəvi, bacarıqlı xanım olmaqla yanaşı, diplomat, iş adamı, məmurdur. Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində qadın və uşaqlar da maddi və mənəvi zərər görüb”.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasseti bildirib ki, bu gün dünyada 76 kişinin əmək bazarında olması ilə müqayisədə 50 faiz qadının işləməsi faktı hələ də qalır.

O bildirib ki, qadınların əmək bazarında tam iştirakı dövlətə gəlirin formalaşmasına rəvac verir. “Gender boşluğunun qapadılması müqabilində, qadınların əmək bazarına işə cəlb edilməsi dünya üçün 2 trilyon dollar əlavə gəlir deməkdir. Qadınların ictimai təsisatlarda iştirakının artması, innovasiya yaradıcılığı, siyasi qərar vermədə iştirakının təmin etmək bütün cəmiyyətə fayda verəcək. Azərbaycan qadının fədakar qətiyyətli güclü olduğu kifayət qədər deyilir”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti