ADP kimi dəstəkləyəcəyini bilmir

ADP kimi dəstəkləyəcəyini bilmir
  26 Avqust 2013    Oxunub:976
“Üzvlərin hamısı toplanmadığından hələ ki, İdarə Heyətinin iclası olmayıb. Ona görə də partiyanın seçkidə iştirakının forması ilə bağlı dəqiq qərar yoxdur”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu partiyanın bu ilki prezident seçkilərində iştirakından danışarkən deyib.

O, bildirib ki, bütün hallarda partiya seçkilərdə iştirak edəcək: “Biz seçkilərdə iştirak edəcəyik. Sadəcə olaraq partiyanın öz namizədi ilə iştirak edəcək, yoxsa başqa namizədi dəstəkləyəcəyinə İdarə Heyəti qərar verəcək”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti