Qeyri-adi 8 Mart hədiyyəsi: Böyrəyini sevgilisinə verdi

Qeyri-adi 8 Mart hədiyyəsi: Böyrəyini sevgilisinə verdi
  07 Mart 2017    Oxunub:9633
Apennində geniş qeyd olunan 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində 52 yaşlı italiyalı gül dəstəsi əvəzinə 44 yaşlı sevgilisinə öz böyrəyini hədiyyə edib. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər iki ay öncə ciddi genetik xəstəlikdən əziyyət çəkən qadına yeni böyrək üçün donor axtarışına başlayıblar.
Lakin tezliklə məlum olub ki, qadının sevgilisi öz böyrəyini ona verməyə hazırdır. Həkimlər lazımi təhlillərdən sonra bu əməliyyatın aparılmasına razılıq veriblər.

Əməliyyat uğurla keçib. Hazırda hər iki xəstənin vəziyyəti qənaətbəxşdir.

Əməliyyatı həyata keçirən həkim bildirib ki, 52 yaşlı şəxs sevgilisinə böyrəyini 8 Mart hədiyyəsi olaraq verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: #8mart   #Sevgi  





Xəbər lenti