Rauf Arifoğlunun gizlini

Rauf Arifoğlunun gizlini
  26 Avqust 2013    Oxunub:1214
Etibar Hüseynov

Birləşmiş müxalifətin 18 avqust mitinqində bir cox populist və pafosla zəngin çixişlar oldu. Amma onların içində ən səmimisi və yadda qalanı Mirmahmud bəyin “20 ildən sonra nəhayət ki, 20-ci sahəyə gəlib çatdıq” deməsi idi. Bu sözlər həm də iflasın etirafı idi. Yəni əgər 20 ilə 20-ci sahəyə çata bilmişiksə, yəqin ki bir 20 ilə də “Azneft”ə, daha 40 ilə 8-ci kilometrə çatacağıq demək idi.
20 ildir ki, bu insanlar “meydan”, “mitinq” deyirlər. 20 ildir söyləyirlər ki, əgər mitinqə icazə versələr, milyonlar meydanlara çıxacaq, xalq kükrəyib coşacaq və s. Tez-tez və utanmazcasına da deyirlər ki, bəs xalq aclıq və səfalət içində çapalayır, ona görə də bir himə bənddir ki ayağa qalxsın. Bax, bu da son. Milli şura 2 hətfə mitinqə hazırlıq yapdı. Əllərində olan bütün qəzet və internet resurslarını səfərbər edib, xalqı meydanlara - etiraza səslədilər. Bu da nəticə. Bəlkə də, iqtidarın siyasi texnoloqları uzun müddət çalışsaydı belə, müxalifəti bu dərəcədə ifşa edib gözdən sala bilməzdilər ki, bunlar özləri yapdı. Həm xalq, həm iqtidar, həm də beynəlxalq aləm müxalifətin nə dərəcədə gücsüz, zəif və rəzil halda olduğuna şahid oldu.

Milli Şurada 47 təşkilat birləşib. Ayrı vaxt da bunların hər biri guruldayır ki, bəs 10 min, 50 min, 100 min üzvüm var. Amma bu 47 təşkilat nədənsə meydana heç 1000 nəfər çıxara bilmədi. Bunu özləri də, onlara qulluq edən mətbuat da etiraf etdi.
İndi sual olunur. Bəs onlar- “zülm və səfalət içində əzilən insanlar” haradadır? Onlar niyə meydana çıxmadılar? Nəyə görə bu hakimiyyətə qarşı çıxan adamların ətrafında toplaşıb, onların çağırışlarına qoşulmadılar? Axı sosial şəbəkələrdə və internetdə, müxalifətin bütün mətbu resurslarında faktik olaraq baş tutmamış sayılan bu mitinqin fəal təbliğat-təşviqatı gedirdi. Bəs nə oldu? Bakının ən azı 2 milyon sakini var. Onlar müxalifətin demokratiya və insan haqları uğrundakı bu mübarizəsinə niyə məhəl qoymadılar?

Mitinqdəki minə yaxın adam, yəni müxalifətin sosial bazasının özəyi eyni insanlar idi - eyni simalar, eyni funksionerlər, eyni partiya fəalları... Şəhər sakinlərinin əsas hissəsi - 2 milyona yaxın insan isə bu aksiyanı heç vecinə də almadı. Camaat dükan-bazarı gəzir, çimərliklərdə qaralır, iş həftəsindən sonra bağında, evində dincəlirdi. Əvvəlki tədbirlərdən fərqli olaraq, xarici səfirlik və təşkilatlardan da heç kəs gözə dəymədi.

Əvəzində isə meydanda etdiyinin fərqinə varmayan, mitinqi bir lağlağıya, əyləncə məkanına çevirən əhlikef dəstə var idi. Bu, mitinqdən çox, zəif bir piketə, uğursuz toplantıya bənzəyirdi. Bəlkə də ona görə bir sıra radikal müxalifət qəzeti və saytları əsəblərini toparlaya bilməyib, “adi sünnət toyuna bundan daha çox adam toplaşır” deyə yazmaqdan çəkinmədilər.

Həqiqətən də, bu mitinqdə insandan çox, bayraq gözə dəyirdi. Amma bu dəfə bayraqlar da köməyə yetişə bilmədi. Müxalif jurnalistlər hansı pozadan foto və videogörüntü almağa cəhd etsələr də, biabırçı vəziyyəti malalaya bilmədilər. Və şuranı çuvalda gizlətmək mümkün olmadı. Milli şura 20 ildən sonra elə 20-ci sahədəcə dəfn olunub, fatihəsi verildi.

Bir maraqlı məqama da diqqət yetirin. Bir sıra müxalif yazarlar, hətta “Yeni Musavat” qəzetinin sahibi Rauf Arifoğlu da bir detalı qeyd etdilər ki, bəs mitinq başa çatmamış insanlar meydanı tərk edirdilər. Doğrudan da, çox maraqlıdır. Görəsən, nədən yayın bu istisində uzaq məsafə qət edib, mitinqə gələn bu gənclər tədbir başa çatmamış oranı tərk edirdilər? Nədən?

Nə Rauf Arifoğlu, nə də digərləri bilərəkdən və ya bilməyərəkdən bunun səbəbini açıqlamağa cəhd etmədilər. Səbəbsə çox sadə idi. Belə ki, əvvəldə də qeyd etmişdim ki, təşkilatçılar mitinqə iştirakşı cəlb etmək üçün bütün yollara əl atdılar. Hətta ən rəzil və biabırçı variantlardan belə bəhrələnməkdən çəkinmədilər. Belə ki, meydanda “yetərsayın” olmamasından duyuq düşən təşkilat komitəsi belə bir yalan informasiyanı dövriyyəyə buraxdı ki, guya Ukraynadan “femen” qızlar da Bakıya mitinqə gəlib və onlar da meydanda soyunub etiraz edəcəklər. Bax, meydanda olan azlığın da əksəriyyəti məhz ora çılpaq qızlara baxmaq həvəsilə gələnlər idi.

Amma mitinqə "Yolun düşsə Ukraynaya, tutub əlindən qızlar səni sahillərə seyrə aparar" misrasını züm-zümə edə-edə gələnlər burada tamam başqa mənzərəylə qarşılaşmalı oldular. Belə ki, meydanda incəbelli, sarışın ukraynalı gözəllərinin əvəzinə, yerdən iri ölçülü butulkalar toplayan alçaqboylu, iri qabaritli bir yöndəmsizlə rastlaşdılar. Bax, elə ona görə də mitinqi təşkil edənləri də, onları aldadanları da söyüb oradan uzaqlaşdılar. Necə deyərlər, gəlmişdilər xaxol iyinə, gördülər ki...




Teqlər:





Xəbər lenti