"Barselona" PSJ-yə qarşı

"Barselona" PSJ-yə qarşı
  08 Mart 2017    Oxunub:2658
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.
AzVision.az xəbər verir ki, bu gecə 1/4 finalın daha iki iştirakçısının adına aydınlıq gələcək.

Əsas diqqətlər isə İspaniyaya yönələcək. Fransada PSJ-yə 0:4 hesabı ilə məğlub olan "Barselona" bu dəfə rəqibi ilə "Nou Kamp"da qarşılaşacaq. Çətin də olsa "Barselona" ilk oyundakı böyük hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Günün digər matçında isə Portuqaliya təmsilçisi "Benfika" Almaniyanın "Borussiya-Dortmund"klubunun qonağı olacaq. Portuqaliyada keçirilən ilk görüşdə "Benfika" 1:0 hesabı ilə qalib gəlib. Növbəti mərhələyə keçəcək komandanın adı bu gün keçiriləcək oyundan daha çox asılıdır.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 mart

23:45. “Barselona” (İspaniya) - PSJ (Fransa)
İlk oyun - 0:4

23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya)
İlk oyun - 0:1


AzVision.az



Teqlər: Barselona   Futbol  





Xəbər lenti