Həkim paltarı geyinib 30 nəfəri öldürdülər
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, həkim paltarı geyinmiş şəxslər hospitala daxil olaraq atəş açıblar.
Əfqan polisinin məlumatına görə, hospitalda iki partlayış baş verib. Cinayətkarlarla təhlükəsizlik qüvvələri arasında baş verən atışma 6 saata yaxın davam edib. Hospitaldakı bütün xəstələr təxliyə edilib, yaxud təhlükəsiz yerlərə köçürülüblər.
Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, insident nəticəsində azı 30 nəfər ölüb, 66 nəfər yaralanıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


