Oğul atasını tüfənglə qətlə yetirib

Oğul atasını tüfənglə qətlə yetirib
  26 Avqust 2013    Oxunub:1050
Beyləqanda ailə münaqişəsi zəminində oğul tüfəngdən atəş açaraq atasını qətlə yetirib.
AzVision.az xəbər verir ki, qətl hadisəsi ilə bağlı Daxili işlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, avqustun 24-də Beyləqan rayonunun Aşıqallar kəndi ərazisində kənd sakini Əfqan Qurbanov ailə münaqişəsi zəminində tüfəngdən atəş açaraq atası Vidadini qətlə yetirib.

Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qurbanov tutulub və ondan 1 ədəd müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürülüb.


Teqlər:  





Xəbər lenti