Nazir müavini ekspertləri ittiham edir
Vergilər nazirinin müavini Sahib Ələkbərov memorandumun özəl və dövlət sektorunun birgə fəaliyyətində səmərə verəcəyini deyib.
“Bu il Vergilər Məcəlləsində olduqca ciddi dəyişiklik baş verdi. Son dəyişikliklər vergi qanunvericiliyində əks olunmayan məsələlərlə əlaqədardır. Ancaq bu gün keçirdiyimiz konfransdakı çıxışlar zamanı bəlli oldu ki, heç də hər şey hamıya aydın deyil. Yerlərdə görüş zamanı da bunun şahidi olduq. Azərbaycan iqtisadiyyatının qarşısında duran vacib məsələlərdən biri şəffaflıqdır. Konfransın adından da göründüyü kimi biz şəffaflığa doğru gedirik. Bəzən mediada bəzi ekspertlər rəylərində cılız hisslərlə adi məsələni qabardaraq böyük problemə çevirirlər. Ancaq iqtisadiyyatın qarşısında daha başqa problemlər var. Biz öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik”.
Aytən Zəhra
AzVision.az
Teqlər: VergilərNazirliyi