İsrail əsgərləri daha iki fələstinli qətlə yetirib

İsrail əsgərləri daha iki fələstinli qətlə yetirib
  26 Avqust 2013    Oxunub:1016
İsrail əsgərləri İordan çayının qərb sahilində daha iki fələstinli gənci qətlə yetirib.
Səhər saatlarında Holandiya qaçqın düşərgəsinə soxulan əsgərlər daha bir neçə gənci ağır yaralayıb. Hadisəyə səbəb isə hərbiçilərin terrorçu adlandırdığı şəxsi həbs etmək istəyi olub. İsrail polisinin məlumatına görə, düşərgəyə daxil olan əsgərlərə 500 nəfərlik qrup hücum edib.

Asayiş keşikçiləri isə onlara gözyaşardıcı qaz və rezin güllələrlə müdaxilə edib. Həmçinin bildirilib ki, fələstin tərəfinin iki əsgərin ölümü barədə informasiyaları həqiqəti əks etdirmir. Bu açıqlmadan sonra küçələrə çıxan narazı fələstinlilər aksiyalar keçirərərk qisas alınacağını bəyan ediblər.


Teqlər:





Xəbər lenti