İQ testlər boş şey imiş

İQ testlər boş şey imiş
  26 Avqust 2013    Oxunub:1455
Britaniya alimlərinin keçirdikləri tədqiqatın nəticələri açıqlanıb
Böyük Britaniya alimlərinin yeni tədqiqatlarının nəticələrinə əsasən intellektin ölçülməsi, xüsusilə IQ test yoxlaması heç bir məna kəsb etmir.

Onlayn rejimdə həyata keçirilən və 100 mindən çox insan üzərində aparılan tədqiqatlar yer kürəsinin bütün nöqtələrini əhatə edib. Respondentlərə 12 koqnitiv diqqət, düşüncə, yaddaş testindən keçmək, həmçinin ailə və həyat tərzi haqqında sorğu vərəqəsini doldurmaq tapşırılıb.

Nəticələrin gözlənilməz olduğunu qeyd edən alimlər tədqiqatlarda bir neçə yüz respondentin iştirak edəcəyi güman olunduğu halda, minlərlə müxtəlif mədəniyyət, dinlər və yaşlardan olan insanların iştirak etdiyini bildiriblər.

Tədqiqatın nəticələrinə görə, müşahidə edilən dəyişikliklər ən azı üç müxtəlif amillə izah oluna bilər: qısamüddətli yaddaş, düşüncə və şifahi komponentlər. Bu komponentlər arasında hər şeyi təkbaşına izah edə bilən komponentə rast gəlinməyib.

Bundan başqa, alimlər koqnitiv yaddaşda fərqlərin müxtəlif beyin sxemləriylə təyin edildiyini təsdiq etmək üçün maqnit-rezonans tomoqrafiyadan istifadə ediblər. Onlar bildiriblər ki, vahid anlayış kimi “intellekt” mövcud deyil, lakin qabiliyyətlərin bir-birindən asılı olmadan işləyən və bütöv şəkli formalaşdıran bir neçə tipi var. Bu isə o deməkdir ki, İQ testlər həqiqətən səhvdir və reallığı əks etdirmir.


Teqlər:  





Xəbər lenti