Həmsədrlər İlham Əliyevin qəbulunda - Qarabağ müzakirə edildi (Yenilənib)

Həmsədrlər İlham Əliyevin qəbulunda - Qarabağ müzakirə edildi (Yenilənib)
  11 Mart 2017    Oxunub:2570
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
AzVision.az-ın xəbərinə görə, Rusiyalı həmsədr İqor Popov bildirdi ki, Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər: Prezident   Həmsədrlər   Qarabağ  





Xəbər lenti