Mehriban Əliyevaya təbriklər gəlməkdə davam edir

Mehriban Əliyevaya təbriklər gəlməkdə davam edir
  11 Mart 2017    Oxunub:2055
İndoneziyanın vitse-prezidenti M.Yusuf Kalla Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Sizin yeni vəzifəyə təyin edilməyiniz İndoneziya və Azərbaycan arasında mövcud dostluq münasibətlərinin hər iki xalqın rifahı üçün daha da genişlənəcəyi və möhkəmlənəcəyi işinə töhfələr verəcək.

Sizə yüksək dövləti vəzifədə uğurlar diləyirəm. Xahiş edirəm, mənim ən dərin ehtiramımı qəbul edəsiniz".

***

Macarıstanın Baş naziri Viktor Orbanın xanımı Aniko Levai Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli Birinci vitse-prezident. İcazə verin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edim.

Son vaxtlar Macarıstanda gördüyünüz əvəzolunmaz işlərə görə biz Sizə çox minnətdarıq. Sizin yüksək səyləriniz sayəsində kor körpələr üçün Laslo Batyani adına Roman Katolik Baxım Evində görmə qabiliyyəti zəif olan uşaqların gündəlik həyatı asanlaşmışdır. Mən çox məmnunam ki, bizim görüşmək və şəxsən bir-birimizlə tanış olmaq imkanımız olub. Əminəm ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsini dəstəkləməyə davam edəcəksiniz.

İcazə verin, məsul dövləti vəzifənizdə Sizə ürəkdən uğurlar, daha səmərəli fəaliyyət və möhkəm cansağlığı arzulayım. Mən qəti əminəm ki, mart ayında Bakıya səfərim zamanı Sizə səmimi təbriklərimi şəxsən çatdıra biləcəyəm”.

AzVision.az


Teqlər: MehribanƏliyeva   Vitse-prezident  





Xəbər lenti