Niderland polisi türk naziri saxladı - Yenilənib

Niderland polisi türk naziri saxladı - Yenilənib
  12 Mart 2017    Oxunub:2517
Hollandiya polisi Rotterdamda saxlanılan Türkiyənin ailə işləri və sosial siyasət naziri Fatma Betül Sayan Kayandan ölkəni tərk etməsini xahiş edib.

Niderlandın teleradio yayımı korporasiyasının (HTK) məlumatına görə, hüquq mühafizə orqanları nazirə polis avtomobillərinin müşayiəti ilə kəsə yolla Almaniyaya qayıtmağı təklif ediblər. Telekanal diqqəti qanun keşikçilərinin türkcə danışmasına yönəldib.

Cavabında Kaya soruşub ki, “öz xalqı ilə” beş dəqiqəliyə görüşə bilərmi? Rədd cavabı alan nazir bundan sonra avtomobilinə qayıdıb.

***
(00:17)

Niderland polisi Rotterdam şəhərində Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın içərisində olduğu maşını saxlayıb.

Bu barədə "Er-te-ve Reynmond" telekanalı məlumat yayıb.

Nazir bundan əvvəl Hollandiya hökumətinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə enmə icazəsi verməməsi səbəbindən, bu ölkəyə Almaniyadan avtomobil ilə gedib.

AzVision.az


Teqlər: Türkiyə   Nazir   Hollandiya  





Xəbər lenti