Rəsmi: Ötən il 2,6 milyon manatlıq qaz itirilib
Onun sözlərinə görə, tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 634 915 AZN dəyərində dəymiş ziyan hesablanıb: “2017-ci ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatıb. Qeyd edək ki, 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınıb ki, bunun da 40 817-i Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır.
Həmçinin, 01 yanvar 2017-ci il tarixə olan məlumata görə əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb”.
AzVision.az
Teqlər: "Azəriqaz"