Azərbaycan Türkiyədən "Drone Killer" aldı - (FOTOLAR+VİDEO)
Pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silah hazırda Türkiyənin Silahlı Qüvvələrində, Milli Kəşfiyyat Xidmətində və polis orqanlarında terrorla mübarizədə aktiv istifadə edilir.
Qeyd olunub ki, bu silahdan Türkiyə baş naziri Binəli Yıldırımın mühafizəçiləri də istifadə edir. Belə ki, bu silah hücum məqsədilə istifadə edilə biləcək pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparır. Sistem Azərbaycan ordusu tərəfindən uğurla sınaqdan keçirilib.
Xatırladaq ki, pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün nəzərdə tutulan "Drone Killer" silahı 2,4 GHz və 5,8 GHz tezliyində yüksək sürətli elektromaqnit maneələrindən istifadə edir. Belədə PUA ilə idarəetmə mərkəzi arasında əlaqə sistemi pozulur.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: PUA Dronekiller Türkiyə Azərbaycan