İstefa verən rektordan açıqlama: “İşdən çıxmağımın səbəbi…”

İstefa verən rektordan açıqlama: “İşdən çıxmağımın səbəbi…”
  13 Mart 2017    Oxunub:39542
Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov öz istəyi ilə tutduğu vəzifədən azad olunub. Onun yerinə Səadət Əliyeva təyin edilib.

AzVision.az F.Əhmədovla əlaqə saxlayaraq onun işdən çıxmasının səbəbini öyrənməyə çalışıb. O, bildirib ki, rektor postundan uzaqlaşsa da elmi fəaliyyətini davam etdirəcək.

“Hələ ki, istirahət edəcəyəm. Qarşıdan Novruz bayramı gəlir. Hər kəsin Novruz bayramını təbrik edirəm. Mən də bayram keçirməyi düşünürəm. İşdən çıxmağımın səbəbləri ilə bağlı şərh vermək istəmirəm. Deyə bilərəm ki, biz həmişə təhsil sahəsində olmuşuq, əlimizdən gəldiyi qədər təhsilin iknişafına çalışmışıq. Mən rektor olanda ADA Universitetində dərs deyirdim. Hazırda ADA Universitetində fəaliyyətimi davam etdirirəm. Orada saat hesabı müəllimlik edirəm. Həftədə iki dəfə dərsim olur. Bundan sonra elmi fəaliyyətlə məşğul olacağam. Daha çox elmi məqalələr üzərində çalışacağam”.

F.Əhmədov hesab edir ki, Azərbaycan təhsili inkişaf mərhələsindədir: “Təhsildə müsbət addımlar çoxdur. Qısa müddət ərzində təhsilin inkişafını gözləmək sadəlövlük olar. Bu, uzun müddətli prossesdir. Bu gün Azərbaycanda yaxşı rektor təyinatları həyata keçirilir. Düşünürəm ki, bunlar ali təhsildə baş verəcək inkişaf üçün böyük təkan olacaq. Amma bunun üçün zaman və səbr lazımdır. Dəyişiliklər müsbətə doğrudur. Qərbdə təhsil bir günə qurulmayıb. Unutmayın ki, Oksford universitetinin 1000 yaşı var. Bu universitet uzun müddətdən sonra indiki vəziyyətə gəlib çıxıb”.

Sabiq rektor Azərbaycan universitetində təhsilin yüksək səviyyədə olduğu əlavə edib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Azərbaycan   Universitet   FəridƏhmədov  





Xəbər lenti