İlham Əliyev moldovalı həmkarını təbrik edib
"Sizi və dost Moldova xalqını milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış mehriban dostluq münasibətləri bundan sonra da Azərbaycan-Moldova əməkdaşlığının və qarşılıqlı əlaqələrin hərtərəfli inkişafı üçün etibarlı təməl olacaqdır".
Sonda dövlət başçısı moldovalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Moldova xalqına sülh və firavanlıq arzuladığını ifadə edib.







Vaxtında, Aydın, Lazımlı!


