Sülhəddin Əkbərin şəxsi yazışmaları üzə çıxıb

Sülhəddin Əkbərin şəxsi yazışmaları üzə çıxıb
  27 Avqust 2013    Oxunub:1244
Ötən gün Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərin elektron poçtuna haker hücumu olub.
AzVision.az xəbər verir ki, bu barədə “Yeni Müsavat”a ACP sədri özü bildirib.

Onun sözlərinə görə, son iki gündə hakerlər onun elektron poçtunu ələ keçirib, bütün informasiyalara giriş əldə ediblər:

“Şəxsi ünvanımda olan bütün yazışmalarım yoxlanılıb. Mütəxəssislərin məsləhətilə elektron ünvanımın parolunu dəyişsəm də hesabın təhlükəsizliyi ilə bağlı narahatlıqlarım qalır. Ola bilər, parolu ərə keçirənlər hansısa təxribata yol verər, kimlərəsə mənim ünvanımdan müxtəlif e-maillar göndərər. Praktikada belə arzuolunmaz situasiyalar olub. Ona görə də elektron poçtumdan göndərilən e-maillərin həqiqiliyinə təminat verə bilmirəm. Əgər kimsə, ünvanımdan elektron məktub alsa, əlaqə saxlayaraq dəqiqləşdimə aparsın. İstənilən təxribat mümkündür”.

ACP sədri haker hücumu ilə üzləşməsi ilə bağlı rəsmi qaydada şikayət etməyə hazırlaşır.


Teqlər:  





Xəbər lenti