Nümayəndə heyətimiz Belçikaya gedir

Nümayəndə heyətimiz Belçikaya gedir
  27 Avqust 2013    Oxunub:957
İqtisadi İnkişaf naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti avqustun 29-da Belçikaya səfər edəcək.
AzVision.az İqtisadi İnkişaf Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Avropa Komissiyasının vitse-prezidenti və nəqliyyat məsələləri üzrə komissarı Slim Kallas və Avropa qonşuluq və genişlənmə üzrə komissarı Ştefan Füle. Eyni zamnda Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Molterer ilə görüşəcək.

Görüşlərdə Azərbaycanla Avropa İttifaqı və Avropa İnvestisiya Bankı arasında əlaqələr və birgə layihələrə dair müzakirələr aparılacaqdır.


Teqlər:





Xəbər lenti