21 yaşlı yetim qızın qətlinin təfərrüatları

21 yaşlı yetim qızın qətlinin təfərrüatları
  27 Avqust 2013    Oxunub:1076
Avqustun 26-na keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində törədilmiş dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.
Əmisi tərəfindən amansızlıqla qətlə yetirilmiş 21 yaşlı Qədirova Kübra Hüseynağa qızı ata və anasını bir neçə il əvvəl itirib. K.Qədirovanın atası Rusiyada qətlə yetirilib, anası isə bir müddət əvvəl intihar edib.

Gənc qızın əmisi tərəfindən qətlə yetirilməsinə gəlincə, hadisə qısqanclıq zəminində baş verib. Məlumata görə, Zabrat-2 qəsəbəsində yaşayan 1960-cı il təvəllüdlü Qədirov Yavər Hacı Ağa oğlunun evi qardaşının evi ilə yanaşı olub. O başsız qalmış qardaşı uşaqlarına da nəzarət edirmiş. Lakin 21 yaşlı Kübranın evə gecələr gec saatlarda gəlməsi, açıq-saçıq geyimi əmisinin narazılığına səbəb olub. Yavər Qədirov dəfələrlə qardaşı qızını danlayıb, hətta onu özünü yığışdırması üçün döyüb. Lakin qız tutduğunu buraxmayıb. Nəticədə dünən gecə saat 00 radələrində evə gələn gənc qız qarşısında yenə əmisini görüb. Bu dəfə əsəblərinə hakim ola bilməyən kişi “montirovka” ilə qardaşı qızının baş nahiyəsinə çoxsaylı zərbələr endirərək onu öldürüb.

Qeyd edək ki, Y.Qədirovun da 3 uşağı qalıb. O hadisədən dərhal sonra Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gələrək könüllü təslim olub.(lent.az)


Teqlər:





Xəbər lenti