Cocuq Mərcanlıda tikilən məktəb sentyabrda istifadəyə veriləcək
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclasında deyib.
Təhsil naziri bildirib ki, Ermənistanın işğalı nəticəsində 700 təhsil müəssiəsi dağıdılıb: “Bura məktəbəqədər, ümumtəhsil və peşə təhsil müəssiəsi daxildir. Ermənistan tərəfi illər ərzində cəbhə zonasında yerləşən məktəbləri atəşə tutub. 2011-ci ildə Ağdam rayonunda 2-ci sinif şagirdi Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsi yaddan çıxmayıb. Ermənistan rəhbərliyi bu məsələnin sülh yolu ilə həll olunmasında müxtəlif təxribatlara əl atır. Ali təhsil müəssiələrində təhsil alan qaçqın və məcburi köçkün uşaqların təhsil haqqı dövlət büdcəsində ödənilir. Ötən ilin aprelində Ermənistanın işğalından azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına başlanılıb. Burada ilk olaraq yaşayış evləri ilə yanaşı məktəb binasının tikintisi aparılır. Bu ilin sentyabr ayında Cocuq Mərcanlıda tikilən məktəb şagirdlərini qəbul etməyə hazır olacaq”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Təhsilnaziri MikayılCabbarov CocuqMərcanlı