Kerri: “Suriyada kimyəvi silahdan istifadə danılmazdır”

Kerri: “Suriyada kimyəvi silahdan istifadə danılmazdır”
  27 Avqust 2013    Oxunub:2232
ABŞ-ın dövlət katibi Con Kerri Suriya hökumətinin kimyəvi silahdan istifadəsinin danılmaz fakt olduğunu bildirib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Kerri Dəməşqdə baş verən kimyəvi silahla hücumu “mənəvi ədəbsizlik” adlandırıb. Buna görə də, ABŞ və müttəfiqləri kimyəvi silahdan istifadəyə cavab olaraq Suriyaya hərbi müdaxilə etməyi düşünür. Qeyd edək ki, Suriyanın müttəfiqi Rusiya bu addıma qarşı çıxır.

Xatırladaq ki, dünən BMT-nin kimyəvi silah üzrə ekspertləri ölkədə araşdırma apararkən onlara silahla hücum edilmişdi.

Suriya hökuməti isə öz növbəsində kimyəvi silahdan istifadə ilə bağlı ittihamı inkar edir.

AzVision.az


Teqlər:





Xəbər lenti